Dünya
Klopp: "Belə qollar məni bezdirib"
İngiltərə Liqa Kubokunun 3-cü raundunda "Lekeyster Siti" ilə qarşılaşan "Liverpul" 0:2 hesabıyla uduzub.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, matçdan sonra fikrilərini bölüşən Yurgen Klop komandasının müdafiədə oyunundan narazılığını ifadə edib.
"Birinci hissədə çox yaxşı təsir bağışladıq və oyunun taleyini həll etməliydik. Bariz qol imkanlarımız oldu. Amma futbol 90 dəqiqədir. Əvvəlcə künc zərbəsindən sonra edilən səhv, sonra başqa diqqətsizlik... Düzü, belə qollar məni bezdirib. Sona qədər konsentrasiyanı saxlamaq lazımdır. Bu cür qollar buraxmaq xoş deyil".
XalqTV.com
RƏYLƏR