idman
Koutinyonun "Barselona" transferinə "Bavariya" mane olub
"Liverpul"un yarımmüdafiəçisi Filippe Koutinyo ötən yay "Barselona"ya transferin astanasında idi.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "qırmızılar" Tomas Mülleri heyətə qatmaq istəyib. Bu transfer baş tutacağı halda Koutinyo katalon klubuna satılacaqdı. "Mersisaydlılar" braziliyalı ulduzun transferindən 160 milyon avro qazanmaq niyyətində idi. Amma "Bavariya"nın Mülleri satmamaqda qətiyyət göstərməsi Koutinyonun "Barselona" arzularına da sədd çəkib.
XalqTV.com
RƏYLƏR