Dünya
Xorvatiyalı müdafiəçi üçün dopinq şübhəsi
"Şaxtyor Donetsk"in müdafiəçisi Dario Srnanın qanında qadağan olunmuş preparat aşkarlanması barədə informasiya yayılıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Xorvatiya mətbuatı 2017-ci ilin yazında ondan götürülən dopinq-testin müsbət çıxdığını yazır. Sentyabrın 17-də baş tutan "Çernomorets" - "Şaxtyor" (0:0) oyununda Srnanın adı iştirak ərizəsinə daxil edilməmişdi. Donetsk klubunun baş məşqçisi Paulo Fonseka bunu heyətdəki rotasiya ilə əlaqələndirsə də, media dopinq şübhəsini gündəmə gətirmişdi.
Srna avrokuboklarda son matçını 23 fevralda "Selta Viqo"ya qarşı keçirmişdi.
XalqTV.com
RƏYLƏR