Dünya

Şirkətin vitse-prezidenti intihar etdi

  • 21 Sep 2017
  • 228 baxış

Cənubi Koreyanın "Korea Aerospace Industries" (KAI) hərbi sənaye şirkətinin vitse-prezidenti Kim İn Sikin meyiti cümə axşamı yaşadığı mənzildə tapılıb. 

XalqTV.com  Report-a istinadən xəbər verir ki, ilkin ehtimallara görə, o, intihar edib.

Yerli KİV yazır ki, xaricdə KAI-nin biznesinə nəzarət edən Hərbi Hava Qüvvələrinin sabiq generalı Kim İn Sik ölümündən əvvəl məktub yazıb. Məktubda o, şirkətin problemlərini həll edə bilmədiyi üçün üzr istəyir.

KAI şirkətinın adı yayda böyük bir korrupsiya qalmaqalında hallandırılıb, lakin Kim İn Sik prokurorluğun diqqətində olmayıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR