"Beşiktaş"ın prezidenti: "Aziz Yıldırımla 3 ildir danışmıram"
"Beşiktaş"ın prezidenti Fikret Orman Türkiyə Superliqasının 6-cı turunda "Fənərbaxça" ilə baş tutacaq derbi matçı barədə danışıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Orman həmkarı Aziz Yıldırımla şəxsi münasibətinin yaxşı olmadığını qeyd edərək "Şükrü Saracoğlu" arenasına getməyəcəyini bildirib.
"Fənərbaxça"nin bizi və azarkeşlərimizi özünə yaraşan şəkildə qəbul edəcəyini düşünürəm. Onlar bizi, biz də onları məğlub etmək istəyirik. Ortamı gərginləşdirməyə ehtiyac yoxdur. Oyunda istənilən hesab qeydə alına bilər. Hakimin az səhvə yol verəcəyinə ümid edirik. Kadıköyə getməyəcəm. Orda çox oyun izlədim və tərbiyəsizliklə qarşılaşmadım. Azarkeşlər yaxınlaşıb söhbət etdilər, foto çəkdirdilər.
Aziz Yıldırımla 3 ildir danışmıram. Mənimlə bağlı işlətdiyi bəzi sözlərdən sonra ona fikir vermirəm. Yaxşı münasibətimiz vardı. Amma işin içinə rəqabət girəndən sonra vəziyyət dəyişdi. "Fənərbaxça" klubu ilə problemim yoxdur. Aziz bəyin etdiyi bəzi şeyləri də doğru sayıram. Lakin bizim aramızda şəxsi problem var. Tərzimiz fərqli olsa da, onunla ortaq nöqtələrimiz, bəyəndiyim yönləri var. Onunla öncədən başlanan dostluğumuz olsa da, futbolla əlaqədar şeyləri şəxsi müstəviyə çıxarması düzgün deyildi".
XalqTV.com