Dünya

Minlərlə niderlandlı qadından pisuar etirazı

  • 22 Sep 2017
  • 316 baxış

Niderlandda minlərlə qadın məhkəmənin küçədə ehtiyacı ödəməklə bağlı qərarına etiraz etmək məqsədilə aksiya keçirəcək.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, paytaxt Amsterdamda 2 il öncə küçədə yüngül bayıra getdiyi üçün 140 avro cərimə olunan 23 yaşlı Qerte Pininq adlı qadının şikayəti məhkəmənin qərarı səbəbindən ölkədə böyük əks-səda doğurub.

Amsterdam məhkəməsi şəhərdə bir çox yerlərdə olan və kişilər üçün nəzərdə tutulan pisuarlardan qadınların da istifadə edə biləcəyini bəyan edərək, Q.Pininqin ayrı-seçkilik adı altında şikayətini əsassız sayıb.

Minlərlə holland qadın bu qərara etiraz etmək üçün paytaxtda etiraz keçirməyi qərara alıb.

Lakin sentyabrın 22-nə planlaşdırılan aksiya iştirakçılarının sayının çox olacağı ehtmalına görə təhlükəsizlik səbəbindən ləğv olunub. Bunun əvəzində qadınlar pisuardan istifadə edərkən fotolarını çəkib sosial şəbəkələrdə paylaşmaqla etiraz edəcəklər.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-7751-minlerle-niderlandli-qadindan-pisuar-etirazi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11