SAĞLAMLIQ

Azərbaycanda səhiyyəsində ilk: yeni üsulla xəstənin ağciyəri çıxarıldı

  • 22 Sep 2017
  • 319 baxış

Bu il Azərbaycanda ilk dəfə endoskopik yolla sol ağciyərin çıxarılması əməliyyatı  həyata keçirilib.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, Bakı Ürək Mərkəzinin döş qəfəsi cərrahı-uzman Elmar Məmmədov bildirib ki, "Videotorakoskopol sol pnevmanektomaniya" adlanan əməliyyat 23 yaşlı qızın üzərində aparılıb.

Onun sözlərinə görə, xəstə vaxtında müalicə və əməliyyat edilmədiyindən ağır vəziyyətdə mərkəzə gətirilib: "Xəstəxanaya daxil olan zaman sol ağciyərini cərrahi əməliyyat yolu ilə çıxarmaq məcburiyyətində qaldıq. Lakin bu əməliyyatın çox ciddi təhlükəsi var idi. Çünki ətraflarda insan orqanizmi üçün vacib olan şah damar və ürəkdən çıxan digər damarların yerləşməsi əməliyyatı daha da çətinləşdirirdi. Həmin damarlara adi toxunuş xəstənin ölümü ilə nəticələnə bilərdi. Çox diqqətli olmaq lazım gəlirdi. Həkimlərin səyi nəticəsində ölkədə ilk dəfə icra olunan və 2-2,5 saat yarım ərzində davam edən cərrahiyyə əməliyyatı uğurla nəticələndi. Əməliyyatdan 4 gün sonra xəstə evə yazıldı. Hətta 15 gündən sonra xəstə artıq iş fəaliyyətini davam etdirirdi".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO