Dünya
Tillerson istefa verir? - Özü cavab verdi ki...
Reks Tillerson özü haqqında üçüncü şəxs qismində danışaraq bildirib ki, ABŞ-ın dövlət katibi postunda qalmağı planlaşdırır.
XalqTV.com Trend-ə istinadən bildirir ki, daha öncə KİV-lərdə R.Tillersonun postundan istefa verəcəyi, onun yerinə isə ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Xeylinin gələcəyi barədə informasiyalar yer almışdı.
R.Tillerson bu xəbərləri şərh edərkən deyib: "Düşünürəm, bizim dövlət katibimiz var və o, öz postunda qalmağı planlaşdırır".
Qeyd edək ki, ötən gün bu xəbərlərə münasibət bildirən N.Xeyli də dövlət katibi olmaq fikrində olmadığını qeyd edib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR