Dünya

İran yeni ballistik raketi sınaqdan keçirib

  • 23 Sep 2017
  • 248 baxış

İran İnqilab Keşikçiləri Korpusu (İİKK) ölkədə istehsal olunan "Horamşəhr" yeni ballistik raketi sınaqdan keçirib.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bu barədə "Tasnim" agentliyi xəbər verib.
 
Məlumata əsasən, bir neçə döyüş başlığını daşıyan raketin uçuş məsafəsi iki min kilometr təşkil edir.
 
Qeyd edək ki, ballistik raket sentyabrın 22-də Tehranda keçirilmiş hərbi paradda təqdim olunub. İlin əvvəlində İran "Fateh-110" və "Hormuz-2" ballistik raketlərini sınaqdan keçirib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR