Dünya

Nalbandyan həmsədrlərlə görüşüb

  • 23 Sep 2017
  • 225 baxış

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayan özünün "Twitter" səhifəsində yazıb. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
 
Bu gün həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir.
 
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da Nyu-Yorkda həmsədrlərlə görüş keçirib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR