Dünya

Məşhur köpək İnstagram ulduzuna döndü - VİDEO - FOTO

  • 23 Sep 2017
  • 265 baxış

Kanadanın Ontario şəhərində yaşayan fotoqraf və qrafik dizayner Endryu Knapp ilə köpəyi, border kollis cinsindən olan Momo dünyaca məşhurdurlar.

XalqTV.com Daily Mail-ə istinadən bildirir ki, 35 yaşlı E.Knapp "Find Momo" ("Momonu tap") adlı fotoseriyalarının sayəsində populyarlaşıb.

Bu fotoların yer aldığı 3 kitabdan ikisi isə "New York Times Bestsellers" reytinqindədir.

Endryu indi Momonun müxtəlif vaxtlarda və məkanlarda çəkilmiş baxışlarının toplusunu "MomoıFace" adlı seriyada toplayıb, habelə video da hazırlayıb.

Momonun adına İnstagram-da açılmış "MomosFace" profilininsə artıq 65 mindən artıq daimi təqibçisi var.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR