SAĞLAMLIQ

14 yaşlı hər 4 qızdan birində depressiya var

  • 23 Sep 2017
  • 350 baxış

Böyük Britaniyada aparılan bir araşdırmaya görə, 14 yaşlı hər dörd qızdan birində və eyni yaşda olan hər 10 oğlan uşağından birində depressiya əlamətləri müşahidə edilir.

XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">deyerler.org-a istinadən bildirir ki, Liverpul Universitetinin apardığı araşdırmaya görə, ailələr bu yaşda olan övladlarının ruhi sağlamlıqlarındakı problemləri qiymətləndirməkdə çətinlik çəkirlər, bəzən də yüngül hesab edirlər.
Araşdırmanı aparan Pravita Patalay və tədqiqatçı qrupu 2000 və 2001-ci illər arasında doğulmuş 10 mindən çox uşaq və gəncin hiss və həyəcanlarını bölüşmələrini istəyib.
Nəticələr görünüşləri ilə barışmadıqlarını və sınaq stressinin bu uşaqlarda depressiyaya təkan verdiyini göstərib.
Araşdırmanın əsas nəticələri bunlardır:
- Qorxu və depressiya simptomları rast gəlinən qızların sayı oğlanlardan çoxdur.
- İqtisadi vəziyyəti yaxşı olmayan ailələrin 14 yaşlı uşaqları, yaşıdlarına nisbətən daha çox depressiya keçirir.
- Bu yaşdakı uşaqların dedikləri ümumiyyətlə ailələrinin təsvir etdiyi əlamətlərə uyğun gəlmir. Yəni ana və atalar qız və oğlan uşaqlarının ruhi sağlamlığı ilə bağlı ehtiyaclarını yüngül sayırlar.
Böyük Britaniyadakı Milli Uşaq Bürosunun rəhbəri Anna Feuçtvanq uşaqlıqda baş verən ailədaxili zorakılıq, itkilər və ya ailə fərdlərinin etinasızlıqları kimi, amillərin uzun illər ərzində öz təsirini göstərdiyini söyləyib. "Ən pisi də gənclər problemləri ilə mübarizə aparmaq üçün gedəcəkləri doğru mexanizmləri tapmaqda çətinlik çəkirlər", - deyə Feuçtvanq bildirib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO