SAĞLAMLIQ

Bioloqlar qocalmanı gecikdirən effektiv LƏNGİTMƏ ÜSULU tapdılar

  • 24 Sep 2017
  • 353 baxış

Amerika alimləri qocalma prosesini ləngidən effektiv üsul kəşf ediblər. Los Ancelesdə yerləşən Kaliforniya universitetində aparılan tədqiqatların nəticəsi "Nature Communications" jurnalında dərc edilib.

XalqTV.com xəbər verir ki, ekspertlər diqqəti orqanizmin gündəlik ritmlərinə nəzarət edən genlərin fəaliyyətinə yönəldiblər. İnsanın yaşlanması orqanizmdə hüceyrələrin yaşlanmasına və ölməsinə səbəb olur. Alimlər insanlarda yaşlanma prosesinin qarşısını almaq üçün meyvə milçəklərinin uzunömürlülüyünü müşahidə ediblər. Onların orqanizmində olan biopolimerlər ölmüş hüceyrələri təmizləyir və yaşlanmanın qarşısını alır.

Normalda insan həyatının müəyyən mərhələsindən sonra orqanizmdə olan orqanoidlərin həcmi böyüyərək onlara öz funksiyalarını yerinə yetirməyə mane olur. Və bu da sürətlə yaşlanmaya səbəb olur.

Mütəxəssislər meyvə milçəklərinin ömrünü uzatmağın yolunu tapıblar. Bu üsuldan istifadə edərək erkək həşəratların yaşama müddəti 12, dişilərin isə ömrü 20 faiz uzadılacaq. Bunun səbəbi "Drp 1" zülalıdır ki, zaman keçdikcə meyvə milçəklərinin orqanizmində azaldığı üçün onların ölümünü yaxınlaşdırır.

Drp1 səviyyəsinin artması ilə, böyük mitoxondrilərin sayı azalmağa başlayır və beləliklə "Drp 1" zülalı 30 sutka ərzində drozofillərin ən yüksək səviyyəsinə çata bilir.

Araşdırmalar həm də onu sübut edib ki, "Atg 1" genlərinin aktivləşməsi ölmüş mitoxondrilərin təmizlənməsinə kömək edir. Bu orta yaşlı əzələnin cavanlaşdırılmasına bənzəyir.

Devid Volker deyir ki, biz faktiki olaraq meyvə milçəklərinin sağlamlığına müdaxilə edərək onların yaşlanmasını 7 gün gecikdirdik. Bu isə onların cavanlaşmasına və həyat fəaliyyətinin yaxşılaşmasına kifayət edib.

Sınaqların nəticələrinə görə, mütəxəssislər gələcəkdə bu zülalın preparatlarını da hazırlamağı düşünürlər. (publika.az)

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO