Dünya

Suriyada Rusiya ordusunun generalı həlak olub

  • 25 Sep 2017
  • 270 baxış

Rusiya Silahlı Qüvvələrinin generalı Suriyada həlak olub.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, general-leytenant Valeriy Asapov  minaatanlardan açılan atəş nəticəsində həlak olub. Deyr əz-Zor şəhərinin İŞİD-dən azad olunması əməliyyatında iştirak edən rusiyalı general hərbi müşavirlər qrupuna rəhbərlik edib.
 
V.Asapov komandanlıq tərəfindən ali dövlət mükafatına təqdim olunub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR