idman

Azərbaycan gimnastı: "İslamiada çox xalqı birləşdirdi" - FOTO

  • 16 May 2017
  • 282 baxış

Komanda hesabında qızıl, müxtəlif hündürlüklü qollarda hərəkətlər üzrə isə gümüş medal qazanan 17 yaşlı Azərbaycan idmançısı Yekaterina Tişkovanın bu ilk beynəlxalq uğurları onun gələcək qələbələri üçün yaxşı stimul olacaq.

XalqTV.com xəbər verir ki, Y.Tişkova Trend-ə bildirib ki, İslamiada təkcə idman bayramı deyil, həm də çox xalqı birləşdirən mühüm sülh və dostluq tədbiridir: "Bu mənim üçün ilk beynəlxalq uğurdur - dərhal da "qızıl" və "gümüş". Mən xoşbəxtəm! Qarşıda bizi hələ çoxlu yarışlar gözləyir. Biz də hər zaman çalışacağıq ki, adımızı idman tarixinə yazdıraq və Azərbaycan liderlər sırasında qalsın".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/23/cached-xeber-795-azerbaycan-gimnasti--islamiada-cox-xalqi-birleshdirdi---foto..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11