Dünya

Sevgilisi modeli romanında yazdığı kimi öldürdü: DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI - FOTO

  • 25 Sep 2017
  • 259 baxış

2016-cı ilin may ayında Hollivud-da öldürülən model Lana Kasianın cəsədinin yeni ortaya çıxan yarılma hesabatı görənləri heyrətləndirib. 30 yaşlı ukraynalı modelin 2 aylıq qızının yanında tapılan cəsədinin baş dərisinin soyulduğu, sağ qulağının qoparıldığı və bədənindəki bütün qanın axıdıldığı qeyd edilib. 

XalqTV.com Milliyet-ə istinadən xəbər verir ki, hesabatda qanaxma, qadının birinci ölüm səbəbi, başına sərt bir cisimlə vurulması isə ikinci ölüm səbəbi olaraq göstərilib.

Vahşicəsinə öldürülən qadının 36 yaşlı sevgilisi və uşağının atası Bleyk Leibeldir. Kanadalı bir daşınmaz əmlak üzrə milyonçunun oğlu olan Leibel film rejissoru və roman yazarıdır. Yazdığı "Syndrome" (Sendrom) adlı kitabında boğaz kəsən və qurbanlarının qanını axıdan bir çox qatil "qəhrəman"ından söhbət gedir. Cinayət əməli təsdiqini taparsa, edam cəzası ala biləcəyi gözlənilən Leibel iddiaları rədd edir.

Məhəmməd Vaqif
XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR