Dünya

Mühafizəçilər futbolçuları dəyənəklə döydü - FOTO

  • 25 Sep 2017
  • 266 baxış

Çinin "Harbin İten" klubunun futbolçuları "Yunnan Litszyan" ilə matçın fasiləsində stadionun mühafizəçiləri tərəfindən döyülüb.

XalqTV.com report-a istinadən xəbər verir ki, fasilə zamanı "Harbin İten"in paltardəyişmə otağında işıqlar sönüb və onlarla mühafizəçi əllərində dəyənəklə otağa girərək futbolçuları döyüb.

"Bu, doğrudursa və onlarla mühafizəçi futbolçuları döyübsə, bəs onda onlar ikinci hissəyə necə çıxıblar və oynamağa davam ediblər?", - "Yunnan Litszyan" klubundan ittihamlara cavab veriblər.
Çin Futbol Assosiasiyası (CFA) məsələ ilə bağlı dərhal tədbirlər görüləcəyini açıqlayıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR