idman
Bakı-2017: Azərbaycan voleybolçuları Fələstini məğlub etdi
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində kişilər arasında voleybol yarışlarında qrup mərhələsi davam edir.
XalqTV.com Trend-ə istinadən bildirir ki, Azərbaycan komandası qrup oyunlarında Fələstin komandası üzərində 3:0 (25:14, 25:17, 25:12) hesabı ilə inamlı qələbə qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR








