SAĞLAMLIQ

Hamilə ikən hamilə qalmaq mümkündürmü?

  • 25 Sep 2017
  • 326 baxış

İngiltərədə qəribə hadisə qeydə alınıb. Belə ki, Jolene Broad adlı bir qadın əkiz uşaqlara hamiləykən yenidən hamilə qalaraq üçəm dünyaya gətirib.

Bu isə "Hamiləykən yenidən hamilə qalmaq mümkündürmü?" sualını doğurur.

XalqTV.com bildirir ki, medicina.az bu suala cavab tapmaq üçün ginekoloqa müraciət edib.

Ginekoloq Firuzə Cəfərzadə bildirib ki, bu hallara nadirən rast gəlinir, hətta milyonda bir baş verir: "Normal şərtlər daxilində bu, təbii ki, mümkün deyil. Çünki qadınlarda normalda ayda 1 yumurta hüceyrə yetişir və hamiləlik baş verərsə, yumurtalıqların aktivliyi dayanır.

Ancaq belə hadisələr yalnız iki halda baş verə bilər: qadında həmin ay iki yumurta hüceyrə yetişərsə və ya süni mayalanma zamanı. Birinci halda yumurta hüceyrənin biri vaxtında döllənir, ikincisi isə daha gec mayalanaraq əkizlər dünyaya gəlir. Hətta belə hallar da ola bilər ki, əkizlər dünyaya ayrı-ayrı zamanlarda - bir neçə gün, hətta həftə fərqi ilə dünyaya gəlsin. İkinci halda isə qadına döllənmiş embrion yerləşdirilir, müəyyən zaman fasiləsindən sonra ikinci döllənmiş embrion yerləşdirilir. Nəticədə isə belə hadisənin baş verməsini müşahidə etmək mümkündür".

Qeyd edək ki, belə tibbi hadisələr son 100 ildə sadəcə 6 -7 dəfə gerçəkləşib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO