İqtisadiyyat

Azərbaycanın sığorta bazarında yenidən artım başlayıb

  • 25 Sep 2017
  • 281 baxış

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın sığorta şirkətləri 368,92 milyon manat, yəni ötən illə müqayisədə 3,6% çox sığorta haqqı toplayıb.

XalqTV.com bildirir ki, Trend-in Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatına istinadən məlumatına görə, bu dövrdə sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə ötən illə müqayisədə 22,15% artaraq 167,061 milyon manat olub.

Qeyd edək ki, əvvəlki 3 ayda azalma müşahidə olunub.

Könüllü sığorta haqları 11,7 faiz artaraq 252,98 milyon manat, ödənişlər isə 30,5 faiz artaraq, 130,75 milyon manat təşkil edib.

Hazırda Azərbaycanda 22 sığorta şirkəti fəaliyyət göstərir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR