Çox isti və kəskin qidalar ezofaqitin yaranmasına səbəb olur
Ezofaqit həzm traktının geniş yayılmış xəstəliklərindən biridir.
XalqTV.com AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının qastroenteroloqu Vüqar Rəsulov bildirib.
Həkim deyib: "Ezofaqitin inkişafında əsas yeri alimentar faktorların qida borusunun selikli qişasına qıcıqlandırıcı və travmatik təsiri nəticəsində yaranan zədələnmələr tutur. Buna çox isti, kəskin qidalar, spirtli içkilər və ya toksik maddələr daxildir. Tam dəyərli qidalanmamaq nəticəsində baş verən zülal və vitamin çatışmazlığı, qida borusunun qan dövranının pozulması, nevrogen təsirlə əlaqədar yaranan spazm, mədənin turş möhtəviyyatının qida borusuna atılması kimi amillər xəstəliyin patogenezində mühüm rol oynayır".
XalqTV.com