Dünya

"Mariya" Dominikanı viran qoyub

  • 26 Sep 2017
  • 277 baxış

"Mariya" qasırğası Dominika adasının 65 min əhalisinə (80 faiz) zərər verib.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bunu BMT-nin təbii fəlakətlərin qiymətləndirilməsi üzrə qrupunun koordinatoru Serjio da Silva bildirib.

O, qeyd edib ki, hazırda Dominika sakinlərinə humanitar yardım göstərilir. Bir çox yolların bağlı olması səbəbi ilə içməli su, qida və dərmanlar problemi var.

Onun sözlərinə görə, hazırda adada dəniz və hava limanları fəaliyyət göstərir.

"Telesur" telekanalının məlumatına əsasən, "Mariya" qasırğası nəticəsində Dominikada ölənlərin sayı 30 nəfərə çatıb.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR