idman

Yığmamız Tiflisdə məğlub oldu

  • 26 Sep 2017
  • 236 baxış

Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, yığmamız Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşıb.

Oyun meydan sahibi komandanın 5:2 hesablı qələbəsi ilə başa çatıb. Millimizin hər iki qolunu Samir Qasımov vurub.
 
Qeyd edək ki, bu komandalar arasında növbəti oyun sentyabrın 27-də keçiriləcək.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR