Siyasət

Ankara meydanında Azərbaycan bayraqları - FOTO

  • 26 Sep 2017
  • 252 baxış

İraq Kürdüstanında müstəqilliklə bağlı referendumun keçirilməsi Türkiyədə böyük etiraza səbəb olub. 

XalqTV.com xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın Ankara meydanında çıxışı zamanı Türkiyənin müxtəlif ərazilərində toplaşan aksiyaçıların əllərində Azərbaycan və Güney Azərbaycan bayraqları da dalğalanıb.

Türkiyə höküməti İraqın kürd muxtariyyəti ilə sərhəddə, Şırnak vilayətində "Habur" nəzarət-buraxılış məntəqəsini bağlayıb.

Qeyd edək ki, seçkidə iştirak etmək üçün 5,2 milyon nəfər qeydiyyata alınıb. Seçkilər təyin olunan vaxtdan bir saat əvvəl yekunlaşıb. Son məlumatlara əsasən, 227 min 858 seçki bülleteni sayılıb. 

Bu saata olan nəticələrə görə, kürd seçicilərin 93.7 faizi referenduma "Hə" deyib. 

Təhməz Təkin
XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR