Pedro Enrike: "Çempionlar Liqasında oynamaq bizim üçün şərəfdir"
"Qarabağ"ın heyətində belə bir turnirdə çıxış etməkdən böyük qürur hissi duyuram".
XalqTV.com sport24.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Pedro Enrike Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində İtaliya "Roma"sı ilə oyundan öncə təşkil edilən mətbuat konfransında deyib.
O, bildirib ki, ÇL-in qrup mərhələsinin ilk ev oyununda yaxşı nəticə əldə etmək üçün əllərindən gələni edəcəklər: "Bizim üçün çox çətin olacaq. Bu turnirdə çıxış etmək tək mənim yox, bütün komanda üçün fəxr hissidir. İlk ev oyunumuzdur. Bu səbəbdən, əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq".
Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində