Dünya
Yaponiya parlamentinin aşağı palatası buraxılır
Yaponiyanın baş naziri Şinzo Abenin təqdimatına əsasən ölkə hökuməti Yaponiyanın parlamentinin aşağı palatasını buraxmaq haqqında qərar verib.
XalqTV.com Trend-ə istinadən bildirir ki, müvafiq qərar kabinetinin sentyabrın 28-də keçirdiyi iclasda qəbul edilib.
Məlumata görə, aşağı palatanın buraxılması ilə yanaşı yeni ümumi seçkilərin keçirilməsi barədə qərar da qəbul edilib. Lazımi sənədlər hökumətin bütün üzvləri tərəfindən imzalanıb.
Qeyd edək ki, Yaponiya konstitusiyasına görə, ləğv haqqında ərizə Yaponiya İmperatoru tərəfindən təstiqlənməlidir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR