"İnter"də yalnız 4 futbolçunun komandada qalacağı dəqiqdir
"İnter Milan"ın əksər futbolçularının klubdakı yeri sabit deyil.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, növbəti mövsüm "nerazzurri"də qalmasına zəmanət verilən cəmi 4 futbolçu var. Bunlar Samir Handanoviç, Danilo D`Ambrozio, Qari Medel və Roberto Qalyardinidir. Joao Marianın da "İnter"də qalmaq ehtimalı böyükdür. Klubun yeni sahibləri olan çinlilər onun performansını diqqətlə izləyir. Amma 2016-cı ilin Avropa çempionu onun transferinə sərf olunan pulları doğrulda bilməyib. Mauro İkardinin ətrafında isə mürəkkəb vəziyyət hökm sürür. Onu komandanın lideri kimi görsələr də, bir neçə klub argentinalı hücumçunun transferində maraqlıdır. İkardiyə 110 milyon avro buraxılış qiyməti qoyulub. İvan Perişiçə isə "Manchester United" və PSG maraq göstərir.
XalqTV.com








