Dünya
Riqada avtomobil bir neçə uşağı vurdu
Latviyanın paytaxtı Riqada avtomobil bir neçə uşağı vurub.
XalqTV.com Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 3 uşaq xəstəxanaya yerləşdirilib.
Polisin verdiyi məlumatda qeyd edilir ki, avtomobilin sürücüsü özünü qəflətən pis his etdiyi üçün idarəetməni itirib. Nəticədə o, uşaq bağçasına gedən uşaqların üzərinə hərəkət edib.
Uşaqların vəziyyətinin ağır olmadığı bildirilir.
XalqTV.com
RƏYLƏR