Dünya
Rusiyada daha bir qubernator istefaya getdi
Rusiya Prezidenti Vladimir Putin Neneçko Muxtar Vilayətinin rəhbəri İqor Koşinin istefa ərizəsini qəbul edib.
XalqTV.com axar.az-a istinadən bildirir ki, bu barədə informasiyanı Kremlin Mətbuat Xidməti yayıb.
Qeyd edək ki, son günlər Rusiyada qubernatorların yeni istefa dalğası başlayıb. Son bir həftə ərzində 3 qubernator və bir respublika rəhbəri istefaya göndərilib. Vəzifəsindən uzaqlaşdırılanlar arasında Dağıstan Respublikasının rəhbəri də var.
Bundan öncə "İnterfaks" agentliyi daha 8 qubernatorun vəzifəsindən kənarlaşdırılacağı haqqında informasiya yaymışdı.
XalqTV.com
RƏYLƏR