Dünya

Mumiyalar, tanrılar, qaçqınlar - ən qəribə şou - VİDEO - FOTO

  • 29 Sep 2017
  • 292 baxış

Fransanın paytaxtı Parisdə keçirilən "Paris Fashion Week" moda şousunda məşhur amerikalı dizayner Rik Ouen yeni kolleksiyasını təqdim edib.

XalqTV.com Fashion-a istinadən bildirir ki, 55 yaşlı ekssentrik dizayner və modelyerin kolleksiyası sanki friklər toplantısı idi.

O, kolleksiyasını "Mumiyalar, tanrılar və qaçqınlar" adlandırıb.

Ouenin dediyinə, kolleksiyası ABŞ-dakı aktual hadisələrin aynasıdır: "Nümayişlər, etiraz aksiyaları, Donald Trampın seçilməsindən sonrakı bu xaos məni narahat edir. İnsanları bu mənasız işləri  dayandırmağa, enerjilərini müsbət məcraya yönəltməyə çağırıram".

Kolleksiya dizaynerə xas üslubda idi. Assimetrik biçim, oversayz, printlərin və parlaq rənglərin yoxluğu...

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR