Dünya
"Keynin Ronaldo və Messidən yaxşı olduğunu heç vaxt deməmişəm"
"Tottenham"in baş məşqçisi Maurisio Poçettino mediada onun adına yazılan sözləri təkzib edib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəsis gənc forvardı Ronaldo və Messidən üstün sayması barədə yazının həqiqəti əks etdirmədiyini bildirib.
"Keyn dünyanın ən yaxşı hücumçularından biridir. O, hələ gəncdir və inkişaf edə bilər. Onun potensialı, işə peşəkar yanaşması var. Keynin Ronaldo və Messidən yaxşı olduğunu heç vaxt deməmişəm. Onlar zirvədə olduqlarını son 5-10 ildə nümayiş etdirirlər. Harrinin üzərinə belə təzyiq qoymaq olmaz. Onun gələcəyi irəlidədir".
XalqTV.com
RƏYLƏR