idman

AVRO-2017-də yarımfinal cütlükləri məlum olub

  • 29 Sep 2017
  • 242 baxış

Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatında bu gün 1/4 final mərhələsi başa çatıb. XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, mərhələnin son görüşündə Rusiya Türkiyə ilə qarşılaşıb.

Qarşılaşmadan əvvəl Rusiya nisbətən üstün hesab olunsa da, qardaş ölkənin komandası rəqibinə heç bir şans verməyib. Çempionata zəif başlayan "ay-ulduzlular" rəqibini set vermədən məğlub edərək yarımfinala adlayıb. Komanda final yolunda Serbiya ilə üz-üzə gələcək.
 
Bu gün Almaniya üzərində qələbə qazanan Azərbaycan voleybolçuları isə yarımfinalda Niderland millisi ilə mübarizə aparacaqlar.
 
Avro-2017
1/4 final mərhələsi
29 sentyabr
 
Rusiya - Türkiyə - 0:3 (25:27, 18:25, 21:25)

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR