Dünya

Tanınmış bəstəkar motosikleti ilə qadını vurdu - FOTO

  • 30 Sep 2017
  • 263 baxış

İstanbulun Beşiktaş səmtində yol qəzası baş verib.

XalqTV.com "Hürriyet"ə istinadla xəbər verir ki, qəzanı tanınmış bəstəkar Ozan Musluoğlu törədib. Belə ki, o, motosikleti ilə yolu keçən qadını vurub. Qəza nəticəsində qadın yıxılıb, motosiklet isə onun üstünə düşüb. Motosikletin altından çıxarılan qadın yüngül bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR