Çiyində ağrılar tam və ya natamam yırtıqlar nəticəsində meydana çıxa bilər
Bel, diz ağrısı kimi şikayətlərdən sonra ən çox rastlanan ciddi problemlərdən biri də çiyin ağrılarıdır. Çiyin mürəkkəb quruluşlu və geniş hərəkət imkanlarına sahib oynaqdır. Bu oynaq "rotator cuff" adlanan əzələ-vətər qrupu və bağlarla möhkəmlənib. Əzələlər kürək sümüyündən başlayıb bazu sümüyünə birləşir. Çiyin nahiyəsində ağrılar bu əzələ qrupunun funksiyasının və ya tamlığının pozulması, yəni tam və ya natamam yırtıq nəticəsində yarana bilər. Hətta bu, yaranan problemlər zamanı şübhələniləcək ilk səbəblərdən biridir. Bu konservativ, eləcə də açıq və ya qapalı cərrahi üsul ola bilər.
XalqTV.com target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri çiyin ağrılarının səbəblərindən danışan travmatoloq-ortoped Şəhriyar Fətullayev bildirib.
- Xəstəliyin əlamətləri hansılardır? Diqqət edilməli məqamlar nələrdir?
- Xəstəliyin başlanğıc əlaməti sadəcə ağrı ola bilər, lakin bu yeganə simptom deyil. Xüsusi klinik müayinə metodları və radioloji üsullar da tətbiq olunmalıdır. Yəni ağrılar və hərəkət məhdudluğu olan bu xəstə qrupunda çiyin MRT-si çəkilməsi və bu vətərləri anatomik olaraq dəyərləndirmək mütləqdir. Klinik olaraq rast gəlinən bir sıra simptomlar var. Bunlar həssas və zəif çiyin, qol və çiyində şiddətli hərəkətlə artan ağrı, hərəkət məhdudluğu, əli belə qoyduqda çiyində artan ağrılar və sairədir.
-Bu növ şikayətləri olanlara əsasən hansı müalicə üsulları tətbiq edilir?
- Rotator cuff yaralanmaları ən çox üç problemə səbəb olur. Bunlar sıxışma, cuff vətərlərində zəiflik və gücsüzlük, vətərlərdə yırtıqdır. Bu üç vəziyyətdən hansının olduğu müəyyən edildikdən sonra müvafiq müalicə istiqaməti seçmək mümkündür. Əgər rotator cuff əzələ-vətər qruplarında "tendinozis" adlanan zəiflik və ağrı varsa dərman müalicəsi və fizioterapiya yetərli olur. Yox, əgər kliniki və radioloji olaraq bu əzələ-vətər qruplarında tam və ya natamam yırtıq varsa, cərrahi müdaxilə ilə xəstənin şikayətlərini aradan qaldırırıq. Bunlar mürəkkəb və təcrübə gərəkdirən əməliyyatlardır. Əməliyyat, qapalı-artroskopik aparılır və dəri səthində kiçik kəsiklərdən kamera köməyi ilə oynaq içərisində müdaxilələrə əsaslanır. Əgər uzun müddətli çiyin ağrıları və hərəkət məhdudluğu varsa, bu vəziyyət əzələlərdə incəlməyə səbəb olur ki, bu zaman qapalı-artroskopik əməliyyatlar mümkün olmur. Bu vəziyyətlər üçün xüsusi istehsal edilmiş çiyin protezlərindən istifadə edirik. Ona görə də xəstələrimiz həm bizim işimizi asanlaşdırmaq, həm də əməliyyatdan yüksək fayda görməsi üçün hərəkət məhdudluğunu və ağrıları gözardı etməməlidirlər.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində