Dünya

Deputatlar canlı yayımda dalaşdılar -VİDEO

  • 01 Oct 2017
  • 275 baxış

Kosova millət vəkilləri canlı yayımda yumruqlaşıb.

XalqTV.com-ın lent.az-a istinadən məlumatına görə, Milli Məclisdə təmsil olunan iqtidar və müxalifət partiyasının nümayəndələri TV kanalında canlı yayıma qatılıblar.

Tərəflər arasında sözlə başlanan qızğın mübahisə davaya çevrilib. Millət vəkili Frasher Krasniqinin təhqir dolu bəyanatlarından sonra Milaim Zeka ona su şüşəsi atıb. Bundan sonra Frasher Krasniqi yerindən atılaraq həmkarına iki yumruq zərbəsi vurub. Üzünə zərbə dəyən Milaim Zeka müqavimətini itirərək studiyada olan dəmirə ilişib. TV işçiləri müdaxiləsindən sonra tərəfləri ayırmaq mümkün olub.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR