idman

Cüdoçumuz Zaqrebdə birinci oldu

  • 01 Oct 2017
  • 285 baxış

Azərbaycan cüdoçusu Rüstəm Orucov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Qran-Pri yarışının qalibi olub.

XalqTV.com-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, yarışda 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gələrək beynəlxalq yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Cüdoçumuz ardıcıl olaraq Xorvatiya, İtaliya, Yaponiya, Braziliya və İsveç təmsilçilərini məğlub edib.

Qran-Pri turnirində qalib gələn idmançımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Turnirdə 47 ölkədən 249 cüdoçu mübarizə aparır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-8349-cudocumuz-zaqrebde-birinci-oldu..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11