Qanunsuz sahibkarlığa qarşı cəzalar daha da sərtləşdirilir - VİDEO
Qanunsuz sahibkarlıqla məşğul olaraq gəlir əldə edən və bundan vergi verməyən, lisenziyaların tələblərini pozan şəxslər daha ciddi şəkildə cəzalandırılacaq.
XalqTV.com xezerxeber.az-a istinadən bildirir ki, yeni sərt cəzalar Cinayət Məcəlləsinə edilən təkliflərdə yer alıb.
Belə ki, vergi uçotuna alınmadan, lisenziya tələblərini pozaraq vətəndaşlara, dövlətə xeyli miqdarda ziyan vurduqda həmin şəxslər 5 ildən 7 ilədək azadlıqdan məhrum edilə bilərlər. Bundan başqa həmin şəxslər 3 ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, yaxud edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın 4 misli miqdarında cərimə də ödəyəcəklər.
İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, bu addımın atılmasında əsas məqsəd Azərbaycanda vergidən yayınan şəxslərin bu əməllərinin qarşısını almaq və onların dövlətin büdcəsinin formalaşmasında iştirak edən sahibkarların sırasına qoşmaqdır.
Rəşad Həsənov bildirir ki, ötən il edilən əlavə cəzalarda qanunsuz sahibkarlıq fəaliyyətinə görə cəza 3-5 il nəzərdə tutulurdu. Ancaq bu ola bilsin kifayət etmədiyinə görə qanunverici hakimiyyət cəzaların sərtləşdirilməsini məqsədə müvafiq hesab edib. Ancaq ekspertin sözlərinə görə, vergi verən təbəqənin sayının artırılması üçün vergi yükünün azaldılması praktıkasından da geniş istifadə edilməlidir ki, sahibkarların vergi verməyə marağı artsın və onlar qeyri-qanuni fəaliyyətə meyl etməsinlər.
Qeyd edək qanunsuz sahibkarlıqla məşğul olanlar həm də vətəndaşlar üçün risk yaradır. Bu, xüsuslə istehsal sahəsinə aiddir. Belə ki, lisenziyalaşdırılmamış müəssilərədə istehsal olan məhsulların keyfiyyəti ilə bağlı problemlərin olması riski yüksəkdir. Qanuna təklif olunan dəyişiklərin bir məqsədi də məhz belə halların qarşısının alınmasıdır. Onu da qeyd edək ki, qanunsuz sahibkarlığa görə təklif edilən yeni cəzalar hazırda müzakirə mərhələsindədir və yaxın zamanlarda Milli Məclisin plenar iclasında müzakirə edilərək qəbul edilməsi gözlənilir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />