SAĞLAMLIQ

Revmatizm zamanı böyrək zədələnmələri

  • 01 Oct 2017
  • 482 baxış

Orqanizmdə baş verən revmatik proses 5% halda böyrəklərin zədələnməsi ilə baş verir. Bu zaman böyrək zədələnməsi vaskulit formasında müşahidə olunur. Revmatizmin aktiv fazasında damarların iltihabı prosesi nəticəsində onların keçiriciliyi artır. Əsas dəyişikliklər paycıq arteriyalarında və gətirici yumşaq arteriolasında baş verir. Sonrakı dövrdə isə onlarda sklerotik dəyişikliklər başlayır.
XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">immunitet.az-a istinadən bildirir ki, izolə olunmuş sidik sindromu revmatizm zamanı ən çox təsadüf olunan simptomdur. Amma kəskin revmatizmdə streptokokk infeksiyası dövründə kəskin böyrək zədələnməsi, keçici infeksion nefrit formasında olur. Təkrari revmatik hücumlardan sonra latent nefrit baş verə bilir ki, bu zaman mülayim, daimi sidik sindromu müşahidə olunsa da, xəstələrdə heç bir şikayət olmur. Bu sindromlara aiddir:
- proteinuriya
- mikrohematuriya.
Reaktiv diffuz qlomerulonefrit, bütün qlomerulonefrit növlərinin arasında 1% təşkil edir. Bu zaman böyrəklərin qatılaşdırma funksiyası enir, nefroskleroz baş verir.
Çox hallarda revmatik nefriti ürək çatışmamazlığı nəticəsində baş verən durğun böyrək sindromundan ayırmaq lazım gəlir. Durğun böyrək üçün xarakterikdir:
- eritrosituriya
- sidik əlamətlərinin qeyri-stabil olması.
Revmatizm xəstələrinin 1/3 hissəsində böyrək infarktı tapılır. Revmatizm ilə xəstələrdə böyrək simptomları, bəzən davamlı septik endokardit ilə əlaqədar olur.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir.
Müalicə:
Revmatizm səbəbli böyrək zədələnməsi zamanı ilk növbədə revmatizm müalicə olunur. Böyrəklərdəki patologiyaların aradan qalxması üçün kiçik doza kortikosteroidlərdən istifadə olunur.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO