Dünya

Yəməndə ABŞ-a məxsus PUA vurulub

  • 02 Oct 2017
  • 253 baxış

Yəmənin paytaxtı Sənada ABŞ-a məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.

XalqTV.com  APA-ya istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat verir.

PUA-nın üsyançı husilər tərəfindən vurulduğu bildirilir. Kəşfiyyat uçuşu həyata keçirən aparat paytaxtın şimalında vurulub.

Yəməndə üsyançı husilər ("Ənsər Allah" hərəkatı), sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci ildən Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR