idman

Qızılların çoxunu Gəncə cüdoçuları qazandı - FOTO

  • 02 Oct 2017
  • 279 baxış

Şəmkirdə Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən region birinciliyinə yekun vurulub. 

XalqTV.com bildirir ki, federasiyanın mətbuat xidmətindən report-a verilən məlumata görə, Qərb bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar. 2001-2003-cü il təvəllüdlü cüdoçuların mübarizəsində Gəncə şəhər UGİM-1 komandası ümumi hesabda birinci yeri tutub. Gəncəli yeniyetmə cüdoçular region birinciliyində 4 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar. 2004 - 2006-cı il təvəllüdlü kiçik yaşlı yeniyetmə cüdoçuların mübarizəsində isə Gəncə Təhsil-RİM komandası 7 qızıl, 9 gümüş, 10 bürünc medalla birinci olub. 

Qaliblərə ACF-nin diplomları, medallar və hədiyyələr verilib. 

Qeyd edək ki, Qərb regionu üzrə birincilikdə Gəncə, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Samux və Göy-Göl cüdoçuları mübarizə aparıblar.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-8403-qizillarin-coxunu-gence-cudoculari-qazandi---foto..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11