Dünya
2 ölü, 24 yaralının olduğu silahlı hücumda məşhur erməni də olub - VİDEO
ABŞ-ın Las Veqas şəhərində təşkil edilən "Route 91" adlı musiqi festivalında silahlı hücum qeydə alınıb. Hücum zamanı İnstaqram-ın erməni fenomeni olaraq tanınan Dan Bilzerian da insanlar arasında olub.
XalqTV.com Haberler-ə istinadən xəbər verir ki, olay sonrası ortaya çıxan görüntülərdə insanlara atəş açıldığı zaman İnstaqram-da 22 milyondan çox təqibçisi olan Dan Bilzerianın da canını qurtarmaq üçün həyəcan içində qaçdığı görünür.
Dan Bilzerianın silahlı hücumdan qaçarkən "Bir qız yanımda başından vuruldu" dediyi öyrənilib.
Qeyd edək ki, Las-Veqasda baş verən atışma zamanı 2 nəfərin öldüyü, 24 insanın isə yaralandığı təsdiqlənib.
Təhməz Təkin
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR