SAĞLAMLIQ

Uşaqlar arasında mövsümi xəstəliklərin artmasının MARAQLI SƏBƏBİ

  • 02 Oct 2017
  • 342 baxış

Payız mövsümü olsa da, havaların soyuması tədricən yox anidən baş verdi. Uşaqların bu rejimə uyğun geyindirilməsi və qorunması tələb olunur.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Elmi Tədqiqat Pediatriya İnstitunun direktoru, Azərbaycanın baş pediatrı Nəsib Quliyev deyib.

"Təəssüf ki, bütün valideynlər bunu nəzərə almır. Valideynlər bəzən "mənim uşağımın canı möhkəmdir" deyib uşaqlarını havaya uyğun geyindrmirlər. Nəticədə də zərər çəkən uşaqlar olur. Uşaqları iqlimə uyğun olaraq həm qidalandırmalı və həm də geyindirmək vacibdir".

N.Quliyev əlavə edib ki, bu gün ölkədə virus xəstəliyinin epidemiyası halları müşahidə olunmur.

Onun sözlərinə görə, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da payızda məktəblərin açılması kollektivlərdə uşaqlar arasında mövsümü xəstəliklərin artmasına zəmin yaradır:
"Belə şəraitdə xəstəliklərin yayılma riski də yüksəkdir. Ona görə də həm müəllimlər, həm də valideynlər uşaqlarla təmasda olan yaşlı insanlar bu məsələləri düzgün qiymətləndirərək onları qorumağı bacarmalıdırlar".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO