Dünya

Rusiya və ABŞ Baş Qəraragah rəisləri arasında telefon danışığı olub

  • 02 Oct 2017
  • 266 baxış

Oktyabrın 2-də  Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danford arasında telefon danışığı olub.

XalqTV.com bildirir ki, Rusiya Müdafiə nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, söhbət ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
 
Söhbət zamanı V.Gerasimov və C.Danford Yaxın Şərq regionunda vəziyyətin inkişafının müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər müzakirə olunan məsələlər üzrə təmasları davam etdirməyə razılaşıblar.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR