idman

FİFA Almaniya Futbol Federasiyasını cərimələyib

  • 02 Oct 2017
  • 279 baxış

FİFA Almaniya Futbol Federasiyasını (DFB) cərimələyib.

XalqTV.com  apasport.az-a istinadən xəbər verir ki, buna səbəb DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilmiş Almaniya - Çexiya matçı olub.

Belə ki, 2:1 hesabı ilə almanların xeyrinə başa çatan oyundan əvvəl elan olunmuş 1 dəqiqəlik sükut zamanı alman fanatlar nasist şüarlar səsləndiriblər və sükutu fitlə pozublar. Bundan əlavə qonaq azarkeşlər pirotexniki məhsullardan istifadə edib və meydana kənar əşyalar atıblar. Bu isə DFB-yə 32 min İsveçrə frankına başa gəlib.
 
Stadionda təhlükəsizliyi təmin edə bilmədiyi üçün Çexiya Futbol Federasiyası haqqında da araşdırma açılıb.
 
Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində Almaniya və Çexiya millimizlə eyni qrupda mübarizə aparır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/20/cached-xeber-8445-fifa-almaniya-futbol-federasiyasini-cerimeleyib..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11