Las-Veqasda qətliam törədən şəxs hadisədən əvvəl böyük məbləğdə pul transferi həyata keçirib
ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarını atəşə tutan 64 yaşlı Stiven Paddok hadisədən əvvəl kazinoda qumar oyunları ilə bağlı böyük məbləğdə pul transferi həyata keçirib.
XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu barədə NBC telekanalı ABŞ hüquq-mühafizə orqanlarına istinadən məlumat verib.
Məlumata əsasən, söhbət on minlərlə dollar məbləğində pul köçürməsindən gedir. Hələ ki pul transferinin Paddokun kazinoda udub-uduzmaması ilə əlaqəsi müəyyən edilməyib. Cinayətkarın qardaşı Erik Paddok Stivenin tez-tez hotellərdəki kazinolara getdiyini, orada qumar oyunları oynadığını təsdiqləyib.
Qeyd edək ki, bu gecə "Mandalay Bay" hotel-kazino kompleksi yaxınlığında musiqi festivalında atışma baş verib. Hotelin 32-ci mərtəbəsindən festival iştirakçılarının atəşə tutulması nəticəsində 58 nəfər ölüb, təxminən 515-i nəfər yaralanıb. Hadisəni törədən Stiven Paddok polis tərəfindən tutulacağını görüb özünü öldürüb.
XalqTV.com