"Əclaf, sənin vətənin İspaniyadır, Kataloniya yox"
"Barselona"nın ulduz futbolçusu Jerard Pike İspaniya milli komandası ilə çıxdığı son məşqdə sərt reaksiyalarla üzləşib.
Oktyabrın 1-də Kataloniyada keçirilmiş müstəqillik referendumu İspaniya Krallığı tərəfindən qeyri-qanuni elan edildikdən sonra ölkədə gərgin hadisələr başlayıb.
XalqTV.com xəbər verir ki, Kataloniyanın müstəqilliyini dəstəklədiyini dilə gətirən Pike yüzlərlə insanın yaralanmasına səbəb olan hadisələrlə bağlı çox duyğusal açıqlamalar verib.
Lazım olarsa, İspaniya milli komandasını tərk edə biləcəyini söyləyən katalon ulduz elə ilk məşqdəcə azarkeşlərin sərt reaksiyası ilə üz-üzə qalıb.
Tərəfdarlar 30 yaşındakı futbolçu haqqında təhqir dolu fikirlər səsləndiriblər. Onlar "Əclaf Pike, Sənin vətənin İspaniyadır, Kataloniya yox" yazılı posterlərlə Pikeni ruhdan salıblar.
23 dəqiqə davam edən təlim-məşq toplantısından sonra komanda soyunub-geyinmə otağına qayıdıb.
Adil Nəcəfov
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində