SAĞLAMLIQ

Azərbaycanda 600-dən çox qadın alkoqolizmdən əziyyət çəkir

  • 03 Oct 2017
  • 357 baxış

Alkoqol qəbulu nəticəsində yaranan psixi davranış pozuntuları diaqnozu ilə 21 909 nəfər xəstə Respublika Narkoloji Mərkəzində qeydiyyatdadır.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, bunu Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Afət Məmmədova deyib.

O bildirib ki, qeydiyyatda olan xəstələrdən 651 nəfəri qadındır: "Alkoqolizmdən xüsusən 30 - 35 yaşdan yuxarı olan şəxslər əziyyət çəkir. 2016-cı ildə ilkin olaraq alkoqol asılılığı nəticəsində 551 nəfər qeydiyyata götürülüb ki, onlardan da 28 nəfəri qadın olub".
 
Alkoqolizmin narkoloji xəstəlik hesab olunduğunu vurğulayan şöbə müdiri qeyd edib ki, bu xəstəlik Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xroniki residivləşən, yəni təkrar yaranma ehtimalı olan xəstəliklər qrupuna aid edilir: "Alkoqolizm narkomaniyadan fərqli olaraq bir qədər gecikmiş yaşlarda özünü göstərir. Alkoqolizm xəstəliyinin birbaşa ölümə səbəb olma riski isə çox aşağıdır". 

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO