Dünya

Fizika üzrə Nobel mükafatı amerikalı alimlərə verildi

  • 03 Oct 2017
  • 264 baxış

Fizika üzrə Nobel mükafatı amerikalı Kip Torn, Rayner Vayss və Harri Berrişə verilib.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, bu barədə İsveç Kral Elmlər Akademiyasının yaydığı məlumatda deyilir.
 
Adıçəkilən alimlər eksperiment yolu ilə qravitasiya dalğalarının aşkarlanmasına kömək edən lazer-interferometrik dalğa-qravitasiya rəsədxanasını yaradıblar.
 
Nobel mükafatlarının təqdimatı mərasimi ənənəvi olaraq dekabrın 10-da Stokholmda keçiriləcək. Hər mükafatın məbləği 1 milyon dollardır.

XalqTV.com  

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR