Dünya

Qazaxıstanda An-28 təyyarəsi qəzaya uğrayıb: 5 ölü

  • 03 Oct 2017
  • 245 baxış

Oktyabrın 3-də Qazaxıstanda radarlardan itən An-28 təyyarəsi Almatı şəhəri yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin göyərtəsindəki 5 nəfərin hamısı həlak olub.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin Fövqəladə Vəziyyətlər üzrə Komitəsinin rəsmi nümayəndəsi məlumat verib.

Təyyarənin "East Wing" aviaşirkətinə məxsus olduğu bildirilir.

Qeyd edək ki, bir qədər əvvəl Mülki Aviasiya Komitəsi Almatı - Çimkənd marşrutu üzə sanitar uçuşu həyata keçirən An-28 təyyarəsinin yerli vaxtla saat 18:47-də Almatı hava limanından 28 kilometr məsafədə radarlardan itdiyinə dair xəbərlər yayılmışdı.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR