Dünya
İrəvanda parlamentin qarşısında etiraz aksiyası
Ermənistan parlamentinin önündə "Nairit" zavodunun keçmiş işçiləri etiraz aksiyası keçirib.
XalqTV.com azvision.az-a istinadən xəbər verir ki, etirazçılar deputatlardan "Nairit" zavodunun yenidən açılmasını tələb ediblər.
Aksiya iştirakçıları daha sonra prezident iqamətgahına doğru hərəkət ediblər. Yürüş başa çatandan sonra etirazçılar Tsarukyan və "Yelk" ittifaqından olan müxalif deputatlarla görüşəcəklər.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR